YAP Astara rayon təşkilatı təbliğata Ərçivan qəsəbəsindən başladı

21 Yanvar 2020 13:35 (UTC+04:00)

Astara rayonu Ərçivan qəsəbəsində 09 fevral 2020-ci ildə keçiriləcək Milli Məclisə seçkilərlə əlqaədar olaraq Yeni Azərbaycan Partiyası namizədi olan Rəşad Mahmudovla görüş keçirildi. Görüşü giriş sözü ilə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov açıq elan edərək bildirdi ki, ölkəmizdə keçirilən seçkilər hər zaman mühüm siyasi hadisə kimi cəmiyyətimizin diqqət mərkəzindədir.F.Əhmədov qeyd etdi ki,ölkəmiz yüksək inkişaf yolu keçmişdir.Bütün Azərbaycanda olduğu kimi,Astara rayonunda da böyük işlər görülmüşdür.

Görüşdə çıxış edən Sakitə Əliyeva,Heybət Süleymanov,Mehman Quliyev, Aslan Ağayev qəsəbə seçiciləri adından bildirdilər ki, parlament seçkilərində fəal iştirak edəcək Yeni Azərbaycan Partiyası namizədi olan Rəşad Mahmudova ses verəcəklər.