Azərbaycan millisi Lixtenşteyn yığması ilə oynayacaq

21 Yanvar 2020 13:10 (UTC+04:00)

Martın 23-dən 31-dək Maltada təlim-məşq toplanışında olacaq futbol üzrə Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib. SİA-nın məlumatına görə, millimiz martın 26-da Bakı vaxtı ilə saat 19:00-da Lixtenşteyn yığması ilə yoldaşlıq oyunu keçirəcək.

Xatırladaq ki, komandamız toplanış zamanı növbəti yoldaşlıq oyununda Malta yığması ilə qarşılaşacaq. Martın 30-da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.