Azərbaycanlı Bülent Ersoya 100 min dollarlıq üzük hədiyyə etdi FOTOLAR

21 Yanvar 2020 15:25 (UTC+04:00)

"Bostancı Gösteri Mərkəzi"ndə səhnəyə çıxan türkiyəli müğənni Bülent Ersoy bəzi həmkarlarına meydan oxuyub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı konsertdən əvvəl jurnalistlərin suallarını cavablandırıb: "Heç vaxt repertuarımdakı mahnılarımla və dərin musiqi savadımla lovğalanmamışam. 50 il öncə sənətə gəlməyimə baxmayaraq, hələ də konsertlərim anşılaq olur. Bu gün ki, konsertimə biletlər artıq bir neçə gün əvvəl bitib".

Media nümayəndələrinə açıqlamalar verən zaman sənətçinin barmağındakı üzük diqqətlərdən yayınmayıb. O, həmin üzüyün azərbaycanlı sevənindən ona hədiyyə verildiyini bildirib: "Konsertimə gələn azərbaycanlı pərəstişkarım mənə bu qızıl üzüyü hədiyyə edib. Qiyməti 100 min dollardır. Çox bahalı hədiyyədir".