Evinin deyil, elinin oğlu – Arzu Nağıyev

21 Yanvar 2020 12:20 (UTC+04:00)

Arzu Nağıyevlə tanışlığımız təsadüfi başlamışdı. Çəkiliş üçün getdiyim uşaq evlərindən birində görmüşüdüm onu. Maşınından qutu- qutu ərzaq boşaldırdı uşaq evinin həyətinə. Azyaşlı uşaqlar da görünür onu əvvəllər də bir – neçə dəfə görmüşdülər ki, “Arzu əmi” deyə-deyə ətrafında fırlanırdılar. Hərəsinin əlinə balaca bir hədiyyə verib, müəssisənin əməkdalarından böyük ərzaq qutularını içəri daşımağı xahiş etdi.

O zaman açığı onu tanımırdım . Sadəcə xeyriyyəçi bir insan və ya uşaq evinin müdiri olduğunu sanmışdım. Lakin bu hadisədən iki həftə sonra tədbirlərdən biri zamanı politoloq Arzu Nağıyevlə bizi tanış edəndə xoş mənada təəccüblənmişdim. Sadə və mehriban təbəssümü ilə “sən canın onu yazma, ayıbdır, kişi elədiyini dilə gətirməz” demişdi. Mən də yazmamışdım. Lakin bu gün düşünürəm ki, cəmiyyətimizdə baş verən pis hallar barəsində dəflərlə yazıb tirajlayrıq və bu pis hallarda başqalarına maqnit effekti verib yayılırsa xeyriyyəçilikdən, yaxşı əməllərdən niyə yazmamalıyq ki. O köhnə MTN polkovnikidir. Qarabağ döyüşçüsüdür. Terrorizmlə mübarizədə əlində silah döyüşənlərdən biridir.Maraqlı xatirələri var. Lakin mənim yadımda ən çox qalan onun el ağsaqqalı və Tovuz rayonunun tanımış zialısı olan atası Nəsib həkim barədə söylədikləridir. Arzu Nağıyev döyüşlərdə olarkən atası deyib ki, “Arzu nəbadə yatağında yatdığın yerdə və ya maşın qəzasında zadda öləsən. Bizi biabır eləmə. Kişi Əzrailə hələm-hələm can verməz, kişi güllə yarasından ölər”. Bir atanın mərdlik dastanı deyiləcək qədər dərin öyüdüdür bu. Arzu Nağıyev də bu öyüdü “canında saxlayıb” sözün həqiqi mənasında. Hələ də o illərdən qalan bir qəlpə daşımaqdadır canında.

104 saylı Gədəbəy – Tovuz seçki dairəsindən deputatlığa namizədliyini verib və şüarı “Dürüstlük, Vətənpərvərlik, peşəkarlıqdır”. Seçiləcəyinə, xalqın səsi olacağına əminliyim tamdır. Çünki evinin yox elinin oğludur.

Arzu Nağıyev 1963-cü ilin 27 iyul tarixində Tovuz rayonunda həkim ailəsində anadan olub. 1980-ci ildə Tovuz rayonunda orta məktəbi qızıl medalla, 1985-ci ildə Moskva İdarəetmə İnstitutunu, 1991-ci ildə isə SSRİ DTK-nın Tbilisi Ali Kurslarını fərqlənmə diplomu ilə bitirib.1989-2011-ci illərdə DTK-МTN orqanlarında əməliyyat müvəkkilindən nazirliyin şöbə rəisinədək həqiqi hərbi xidmətdə olub, Qarabağ müharibəsi veteranıdır. Arzu Nağıyev dünyanın bir sıra ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil edib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalaq SCAD, CARİCC, International Intellegence Academy, Virginia Tech-TISD-OSCE, UNODC Open analist proqramlarının iştirakçısı və eksperti olub.

Hаl-hazırda Trend İnformasiya Agentliyində Baş direktorun müavini vəzifəsində çalışır. Regional geosiyasət üzrə ekspert icmalçı kimi fəaliyyət göstərir. Azərbaycan Yazıçılar Birliyinin üzvü, üç bədii kitab, bir neçə fundamental araşdırma və çoxsaylı ekspert rəylərinin müəllifidir.