ABŞ hakimiyyəti dəyişdirmək istəyir

21 Yanvar 2020 12:13 (UTC+04:00)

ABŞ Venesuelada hakimiyyəti dəyişdirmək üçün bir layihə üzərində işləyir. SİA İnterfaksa istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə Venesueladakı rejimi dəyişdirməyi planlaşdırdığını söyləyib.

"Maduronun ayrılmasına səbəb olacaq bir layihə üzərində işləyirik. Nəticədə Venesuela xalqı azad və ədalətli seçkilər keçirə biləcək", deyə Pompeo bəyan edib.
O qeyd edib ki, strategiya "əsaslı işləyir" və ABŞ bu layihə üzərində işləməyə davam edir. Pompeo, SSRİ-nin dağılmasını xatırlayaraq düzgün strategiya seçimini müdafiə edib.