Azərbaycan millisi Özbəkistan yığması ilə qarşılaşacaq

21 Yanvar 2020 12:11 (UTC+04:00)

Dünya çempionatının elit-raund mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

SİA-nın məlumatına görə, komandamız saat 20:00-da Bakı İdman Sarayında Özbəkistan futzalçıları ilə qarşılaşacaq.

Oyunu Hikmət Qafarlı, Anar Fərəcov və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcəklər.

Komandalar arasında növbəti yoldaşlıq oyunu yanvarın 22-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, ertəsi gün Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.