Terrordan təmizlənən bölgəyə yardımlar davam edir

21 Yanvar 2020 12:09 (UTC+04:00)

"Sülh Çeşməsi" əməliyyatı ilə terrordan təmizlənən Tel Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim əşyaları yardımı edilib. SİA-nın verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada, "Sülh Çeşməsi" əməliyyatı ilə terrordan təmizlənən bölgəyə yardımlar davam edir.

Uşaqların üzləri gülümsəyir. Tel Abyadda 2-10 yaşları arasında olan uşaqlara geyim əşyaları yardımı edildi." - ifadələri qeyd olunub.

Sülh elçisi və dinc sakinlərin ümidi olan Türk əsgəri, "Sülh Çeşməsi" əməliyyatı ilə bölgədə əmin-amanlığı bərqərar etməyə və əhaliyə yardım etməyə davam edir.