Türk Hava Yolları "Boeing"in səhvini tutdu - FOTOLAR

21 Yanvar 2020 12:05 (UTC+04:00)

Nyu York Tayms qəzeti 2009-cu ildə Hollandiyada qəzaya uğrayan Türk Hava Yollarının "Boinq 737-800" tipli təyyarəsi üçün məsuliyyətin təyyarə şirkəti və ABŞ federal təhlükəsizlik səlahiyyətlilərinin təzyiqi ilə pilotlara yükləndiyini, ancaq firmanın riskli dizayn seçimləri və səhv təhlükəsizlik qiymətləndirmələri ilə əlaqədar olduğunu yazıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.


Nyu York Tayms qəzetinin yazdığına görə, "Boinq"in məsuliyyəti təzyiq altında ört-basdır edilib və 9 nəfərin öldüyü təyyarə qəzasınnın məsuliyyəti pilotların üzərinə qoyulub.


Nyu York Tayms qəzetinin verdiyi sənədlərə və reportajlara əsaslanan xəbər Hollandiya rəsmiləri, "Boinq" və ABŞ Federal Təhlükəsizlik Xidmətinin səlahiyyətlilərinin etirazlarından sonra hazırlanan bir hesabatda təyyarə şirkətini tənqid etməkdən çəkinib. Məruzədə 2009-cu ildə qəzaya uğrayan THY təyyarəsi ilə "Boinq 737 Max" tipli təyyarə ilə İndoneziya və Efiopiyadakı qəzalar arasında paralellik olduğu bildirilib.


Xatırladaq ki, İndoneziyada Lion Hava Yollarına məxsus "JT 610" uçuş nömrəsi olan "Boeing 737 Max 8" tipli təyyarə Cakartadan Sumatra adasındakı Pangkal Pinang şəhərinə enmə ərəfəsində dənizə çırpılıb.
189 nəfərin öldüyü qəza bu tip təyyarə qəzalarından ilki olaraq tarixə keçib.


Efiopiya Hava Yollarına məxsus "Boeing 737 Max 8" tipli sərnişin təyyarəsi də Əddis Əbəbədən Keniyanın paytaxtı Nayrobiyə 10 mart 2019-cu ildə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb və 157 nəfər həlak olub.


"Boeing 737-800" tipli THY İstanbul-Amsterdam uçuş təyyarəsi 2009-cu ildə Schiphol hava limanına enərkən tarlaya çırpılıb. Həmin qəzada 9 nəfər həlak olub.