“Judo Club 2012”nin idmançıları medal qazanıblar

21 Yanvar 2020 11:04 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində yeniyetmələr arasında (U-18) cüdo üzrə keçirilən respublika birinciliyində “Judo Club 2012” idman klubunun yetirmələri 2 gümüş, 1 bürünc medal qazanıblar. SİA-nın məlumatına görə, klubun aktivinə gümüş medalları Məmmədrza Hacızadə (60 kq) və Zeynəb Məmmədova (52 kq), bürünc medalı isə Fidan Rəhimova (70 kq) yazdırıblar. Klubun təmsilçilərindən Rəşad Paşazadə (81 kq) və Əli Mahmudov (90 kq) beşinci yerlə kifayətlənməli olublar.

Budəfəki respublika birinciliyində 68 klubdan 565 (488 oğlan, 77 qız) cüdoçu doqquz çəki dərəcəsində mübarizə aparıb. “Judo Club 2012”nin yeniyetmə idmançılarının mövsümün ilk yarışındakı nəticələri qənaətbəxş sayıla bilər.