Goranboyda “Jiquli” qarda batıb qaldı

21 Yanvar 2020 10:58 (UTC+04:00)

Goranboy rayonunun Buzluq kəndində, içərisində 4 nəfərin olduğu “VАZ” markalı minik avtomobilinin dağlıq ərazidə qarda bataraq qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.