Rusiyada yaşayış binasında yanğın 11 nəfər ölüb

21 Yanvar 2020 10:30 (UTC+04:00)

Rusiyada Tomsk vilayətinin Asinovski rayonunda birmərtəbəli taxta evdə baş verən yanğında 11 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə rayonun növbətçi dispetçer xidməti xəbər yayıb.

Ümumilikdə binada 13 nəfər yaşayırmış. Onlardan iki binadan çıxa bilib.

Ehtimal olunur ki, ölənlər xarici işçilərdir. Bölgədəki təcili xidmət idarəsinin nümayəndəsi onların Özbəkistan vətəndaşları ola biləcəyini bildirib.