Tramp özünü müdafiə edə biləcəkmi?

21 Yanvar 2020 10:21 (UTC+04:00)

Donald Trampı Senatda müdafiə edəcək vəkillər ABŞ Prezidentini vəzifəsindən azad edilməsini tələb edəcək heç bir cinayət işləmədiyini və Nümayəndələr Palatasında qəbul edilən qanunsuz müddəaların "Konstitusiyanı təhqir etdiyini" iddia ediblər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Sabah başlayacaq Senatdakı ilk məhkəmə iclasından əvvəl Trampın vəkilləri 110 səhifəlik müdafiə xülasəsini açıq elan ediblər. Ağ Evin açıqladığı müdafiə icmalında Nümayəndələr Palatasındakı Demokratlar tərəfindən "vəzifə səlahiyyətlərindən sui-istifadə və Konqresin fəaliyyətinə maneə törətmək" konstitusiya baxımından "altı boş və təhrif olunmuş ittiham" olduğu bildirilib.

Trampın vəkili Jay Sekulov və Ağ Evin hüquq məsləhətçisi Pat Cipollonenin rəhbərlik etdiyi hüquq qrupu, müdafiəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə" ittihamlarının bir prezidentin işdən çıxarılması üçün təyin olunan konstitusiya maddələrinə daxil edilmədiyi ifadə edilib.

Bəhs edilən ittihamın Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı danışıqlar çərçivəsində baş tutmadığı iddia edilən sənəddə "demokratlar bu ittihamlarla Konstitusiyaya hücum edirlər" kimi şərh olunub.

Müdafiənin xülasəsində "Tramp Ukrayna məsələsində heç bir pis şey etmədiyini və Nümayəndələr Palatasının 2 üzvünün təsbit edilməsi prosesinin əvvəldən Konstitusiyaya zidd olduğunu" vurğulayaraq, "senat bu qüsurlu işdən azad etmə məqalələrini tez bir zamanda rədd edib Prezidentə haqq qazandırmalıdır" deyə bildirilib.