İmişlidə 17 yaşlı nişanlı qız intihar edib

20 Yanvar 2020 23:46 (UTC+04:00)

İmişlidə intihar hadisəsi baş verib.

SİA xəbər verir ki, İmişli rayonunun Otuziki kənd sakini, 2003-cü il təvəllüdlü Səmədova Dünyaxanım Abid qızı hamamda özünü asaraq intihar edib.

İntihar edən qızın nişanlı olduğu bildirilir.

Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.