Putin Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib

20 Yanvar 2020 19:34 (UTC+04:00)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsini Dövlət Dumasına təqdim edib.

SİA "RİA Novosti"yə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya Prezidentinin qanun layihəsinin Dövlət Dumasında baxılmasında təmsilçiləri Konstitusiya Komissiyasının həmsədrləri Andrey Klişas, Pavel Kraşeninnikov və Taliyə Xabriyeva olacaq", - deyə D. Peskov bildirib.