Türkiyə hazırda Liviyaya yalnız hərbi məsləhətçi və təlimatçılarını göndərib.
SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk jurnalistlərinə açıqlamasında deyib.
"Hazırda oraya (Liviyaya – red.) hərbi qüvvə göndərmirik. Biz yalnız hərbi məsləhətçi və təlimatçı ştatını göndərmişik", - deyə R. T. Ərdoğan bildirib.
Bununla yanaşı, Ərdoğan Liviya Milli Ordusunun (LMO) komandanı Xəlifə Haftarı "terrorçu" hesab etdiyi üçün onunla danışıqlar masası arxasında oturacağını mümkünsüz olduğunu bildirib.