Bakıda idman gimnastikası üzrə dünya kuboku keçiriləcək

20 Yanvar 2020 15:23 (UTC+04:00)

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək. SİA-nın məlumatına görə, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 53-dür. Yarışda ümumilikdə 332 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. İştirak edəcək gimnastların adları isə fevralda açıqlanacaq.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.

Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.