İraq hakimiyyəti əvvəlcədən xəbərdar imiş

20 Yanvar 2020 15:10 (UTC+04:00)

ABŞ-ın İraqdakı bazasına hücum etməsi barədə Tehran Bağdada xəbərdarlıq edib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumar verib.

Məlumata görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi Amerikanın İraqdakı Eyn Əsəd bazasına bir hücum barədə İraq hakimiyyəti əvvəlcədən xəbərdar olunduğunu bildirib.

Onun sözlərinə görə, "İraqın təhlükəsizliyi Tehran üçün çox vacibdir."

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad hava limanının ərazisinə raket hücumu etməsindən və general Kassem Suleimani'nin ölümündən sonra Yaxın Şərqdəki vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq, Tehran bir neçə gün sonra İraqdakı amerikalıların istifadə etdiyi iki yerə raket zərbəsi endirib.
Sonradan məlum oldu ki, İranın hücumu nəticəsində 11 Amerika əsgəri də yaralanıb.