Hoteldə isti su borusu partladı 5 nəfər öldü FOTO

20 Yanvar 2020 12:18 (UTC+04:00)

Rusiyanın Perm şəhərində hotellərin birində isti su borusunun partlaması nəticəsində 5 nəfər həlak olub. SİA-nın məlumatına görə, ölən şəxslərin meyiti su basan sahədən suyun boşaldılmasından sonra aşkar edilib. Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır, cinayət işi başlayıb.