Xalqın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixi “20 yanvar faciyəsi” – 30 il

20 Yanvar 2020 11:52 (UTC+04:00)

İlham Quliyev
SOCAR, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşı

“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır”. Elə bu şuarı da əsas tutaraq 30 il bundan əvvəl azərbaycan xalqının iqid və qəhrəman övladları sovet rejiminə qarşı çıxdı. Respublikada yaranmış o zaman ki, gərgin durum insanları küçələrə saldı. Etirazlar günü-gündən artmağa başladı.

Axı xalqın bu etirazlarına səbəb nə idi? Nə üçün məs o anda, nə üçün məs o ərəfədə?

Bu sualları cavablandırmaq üçün, bir qədər tarixə nəzər salmaq lazımdır.

Bir əsrdən çox davam edən erməni-müsəlman davasının növbəti belə münaqişəsinin səbəbi sovet hakimiyyətinin azərbaycan xalqına qarşı qərəzli mövqey tutması idi.

Hələ, 1985-ci ildə SSRİ rəhbərliyinə gələn M. Qorbaçov, Azərbaycana qarşı dost olmayan siyasət yürüdməyə başlayır. Bu, ilk növbədə, 1987-ci ilin payızında Mixayil Qorbaçovun Heydər Əliyevin Komunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosundan və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindən kənarlaşdırılmasına nail olması ilə ifadə edildi. Beləliklə, Azərbaycan ölkənin ən yüksək rəhbərliyinin bir hissəsi olaraq dəstəyini itirdi. Dərhal Əliyev əleyhinə geniş bir mətbuat kampaniyası başladı. Bu kampaniya Ə.Vəzirovun respublikanın partiya rəhbərliyinə başçı təyin olunmasından sonra daha da gücləndi. Daha sonra, M.Qorbaçovun Dağlıq Qarabağdakı ərazilərin Ermənistan SSR-ə daxil olmasını müdafiə edən siyasəti, ermənilərin separatizmin güclənməsinin detonatoru oldu. Erməni separatist qruplaşmalarının dinc azərbaycan kəndlərində törətdikləri təxribatlar kütləvi xarakter alaraq azərbaycan xalqının cavab xarakterli ehtirazlarına səbəb oldu. Bu hadisələr, respublikanın suverenliyini və ərazi bütövlüyünü qorumaq şüarları altında gedən, Azərbaycanda milli hərəkata güclü təkan verdi.

Deyirlər ki, “Əgər bir nəfər itaətsizlik eləsə bu cinayyətdir, ancaq minlərlə insan bunu edirsə demək bu artıq inqilabdır”.

Bəli, insanlar azadlıq və müstəqillik arzusunda idi.

Müstəqillik azərbaycana son 70 ildə heç vaxt belə yaxın olmamışdır. Xalqın ürəyində sanki azadlıq alovu yanırdı. Bu alov ya hamını yanıb külə döndərəcəkdi, ya da alışıb bütün dünyanı qaynadacaqdı.
Bir deyim də var ki, “bütün millət köləlikdə olan vaxtda, bir ailə şükür içində yaşaya bilməz”. Elə ona görə də, bütün xalq birləşərək ayağa qalxdı.

Mərkəzi Komitənin binası önündə bütün yolları bağlayıb, fasiləsiz mitinqə başlanıldı. Bakının əsas giriş-çıxışlarında, sovet-işğalçı ordusunun əsgər kazarmalarına aparan yollarında yük maşınlarından və beton bloklardan ibarət barrikadalar quruldu.

Moskva bu hərəkatın qarşısını almaq üçün sərt tədbirlər gördü, Bakıya qoşun göndərdi. Sovet rəhbərliyi SSRİ tarixində ilk dəfə sovet şəhərinə qoşun yeritdi və burada qanlı qırğın törətdi.

19 yanvar 1990-cı ildə Azərbaycan Ali Sovetinin razılığı olmadan SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Bakı şəhərində fövqəladə vəziyyət rejimi haqqında" fərman verdi. Fərman 20 yanvar saat 00: 00-dan qüvvəyə minir. Ancaq 20 yanvar səhərinə qədər fərmanın qüvvəyə minmə vaxtı gizli saxlanılır. Bundan əlavə, Moskvanın Bakıdakı nümayəndələri – Sovet Kommunust Partiyasının Mərkəzi Komitəsinin katibi L.Girenko və SSRİ Ali Sovet İttifaqı Şurasının sədri E. Primakov - Azərbaycanın rəsmi nümayəndələrini və əhalini şəhərə qoşun yeritmək planlaşdırılmadığına inandırdılar. Bu, mitinq iştirakçılarını və piketçiləri də yanıltdı. Ancaq onsuz da yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının güc qurğusu, məxfi orqanların əməkdaşları tərəfindən, qəsdən partladılır ki, televiziya vasitəsi ilə əhaliyə fövqəladə vəziyyət rejimi haqqında xəbər çatdırıla bilməsin. Bunun ardınca SSRİ Müdafiə Naziri marşal D. Yazovun başçılığı ilə hərbi əməliyyat keçirildi. Ağır hərbi texnika, səddləri asanlıqla məhv etdi. Qoşunlar gözyaşardıcı qazdan istifadə etdilər. Əsgərlər küçələrdə, evlərdə, maşınlarda yoldan keçənlərə atəş açdılar. İnsanlar hərbi texnikanın izləri ilə əzildi.

Sovet ordusunun geniş miqyaslı hərəkatı Bakıda və respublikanın digər yaşayış məntəqələrində 146 nəfərin ölümünə səbəb oldu, 400 nəfər həbs edildi, 744 nəfər yaralandı, 4 nəfər isə itkin düşdü. Yüzlərlə yaşayış binası yandırıldı, vətəndaşlara və şəhər iqtisadiyyatına maddi ziyan dəydi. Respublika əhalisi Sovet ordusunun vəhşi təcavüzünə etirazlarını bildirdi. 22 yanvar 1990-cı il Bakıda, bütün Azərbaycan təcavüz qurbanları ilə vida etdi. Bütün şəhər qara geyimində idi. Respublikada üçgünlük matəm elan edildi. O zaman mitinqdə və dəfn mərasimində iki milyona yaxın insan iştirak etmişdi. Küçələrdə, evlərin divarlarında insanlarda Qorbaçova, Sovet Komunist Partiyasına və hərbçilərə nifrətini ifadə edən yazılar həkk oldu. Komunist Partiya biletləri yandırıldı.

Çox təəssuf olsun ki, azərbaycan xalqının qanı axıdıldı və nə qədər ağır olsada dünya bu qanlı 20 yanvar hadisəsindən danışdı.

Respublika üçün həqiqətən vacib olan bir məqamda Moskvada Heydər Əliyevin etiraz səsi eşidildi. Yanvarın 21-də Azərbaycanda baş verən faciədən bir gün sonra H.Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan SSR Nazirlər Sovetinin nümayəndəliyinə gəldi, burada bu vaxta qədər Moskvada yaşayan və təhsil alan minlərlə azərbaycanlı toplaşmışdı. O, məşhur sovet rəhbərliyinin Bakıya qoşun göndərmək qərarını "qeyri-insani, anti-demokratik və konstitusiyaya zidd" adlandırdı və "faciədə iştirak edənlərin hamısının cəzalandırılmasını" tələb etdi.

Əliyevin nitqi çox böyük əhəmiyyət kəsb edib və nəticələrə səbəb ola bilərdi. Həmin gün Əliyevi bütün xarici radio səsləri səsləndirdi və daimi nümayəndəliyə toplaşan xarici müxbirlər Əliyevi müsahibə almaq üçün mühasirəyə aldılar. Bir neçə gündən sonra isə bu çıxışın videosu kimlərsə tərəfindən gizli şəkildə yayıldı və lentlər Bakıda görüntüləndi. Həmin lent görüntüləri, respublika vətəndaşlarının qəlbində ümid hissini oyandırır və Kreml etirazçıları arasında isə qorxu yaradır.

Bəli, o zaman sovet faşist ordusu barrikadaları xalqın qanı naminə yara bildi, ancaq insanları susdura bilmədi. Əksinə, elə həmin 20 yanvar tarixindən SSSR-i Azərbaycanı itirdi.

İnqilabi hərəkatlar daha da qücləndi. Hakimiyyətə qarşi baykot elan olundu. Xalq öz süverenliyini qazanmayınca mövqeyindən dönmədi. Həmən o gecə Azərbaycan xalqının taleyi həll olundu. Elə həmən o gecədə, bu günkü firavan Azərbaycanımızın müstəqilliyinin və azadliğının təməli qoyuldu.

Bu bir qürur verici və fəxredici hissdir!

Odur ki, bir mərd və yenilməz Azərbaycan xalqı olaraq qəlin, hər zaman əlbir olaq və həmin 20 yanvar qanlı-faciyə günündə verdiyimiz şəhidlərimizin ruhları naminə, qazandığımız müstəqilliyimizi və azadlığımızı uca tutaraq qoruyub saxlayaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!