Hindistan sualtı qayıqlar üçün nəzərdə tutulmuş ballistik raketin sınağını keçirib

20 Yanvar 2020 05:20 (UTC+04:00)

Hindistan sualtı qayıqlar üçün nəzərdə tutulmuş K-4 ballistik raketinin uğurlu sınağını keçirib.

SİA xəbər verir ki, bu barədə hökumətdəki mənbələrə istinadən “ANI” xəbər agentliyi məlumat yayıb .

Məlumata görə, raket Benqal körfəzinin Andhra-Pradeş ştatı sahillərində suyun altından atılıb. Digər sınaq təfərrüatları hələlik barədə məlumat verilməyib.

K-4 – müxtəlif tipli döyüş başlıqlarını, o cümlədən nüvəni daşıya bilən orta mənzilli ballistik raketdir. Raketin maksimal məsafəsi 3500 km-dir.