Alpaqut Turan döyüş sənəti üzrə VI ümumrespublika seminarı keçirilib

20 Yanvar 2020 09:00 (UTC+04:00)

Bakıda alpaqut Turan döyüş sənəti üzrə altıncı ümumrespublika seminarı keçirilib. SİA-nın məlumatına görə, seminarda respublikanın bütün regionlarından 100-dən artıq məşqçi, idmançı və hakimlər iştirak ediblər.

Alpaqut döyüş sənətinin qurucusu kutsan Vasif Namazov tərəfindən keçirilən seminar alpaqut idman növündə nizam qaydaları, təlim metodunda əsas prinsiplər, yarış qaydalarında vacib məqamlar, terminaloji dəyişikliklər, təlimatçıların inkişaf metodlarına həsr olunub. Seminarın təşkilində əsas məqsəd türksoylu xalqların qədim döyüş mədəniyyətinin öyrənilməsi, ölkəmizdə bu idman növünün daha da inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin, məşqçilərin və hakimlərin peşə bacarıqlarının artırılması olub.

Seminar iştirakçılarına sonda sertifikatlar təqdim edilib.