Şahmatçımız VIII turda qalib gəlib

20 Yanvar 2020 08:47 (UTC+04:00)

Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində səkkizinci turun oyunları keçirilib. SİA-nın məlumatına görə, turnirin B qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov ikinci qələbəsini qazanıb. Səkkiz turun nəticəsinə görə R.Məmmədovun aktivində 4,5 xal var.

Qeyd edək ki, səkkizinci turda onun rəqibi yerli idmançı Maks Vermerdam olub.