Qadın boksçulardan ibarət millimiz hazırlığa başlayıb

20 Yanvar 2020 08:43 (UTC+04:00)

Qadın boksçulardan ibarət Azərbaycan millisi yeni ilin ilk təlim-məşq toplanışına start verib. SİA-nın məlumatına görə, komandamız baş məşqçi Elbrus Rzayevin rəhbərliyi ilə Abşeron Olimpiya İdman Kompleksində bir araya gəlib.

Hazırlığa 8 boksçu dəvət olunub. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönəlib. Komanda sonradan kişi boksçulardan ibarət yığma ilə birgə məşq edəcək.

Toplanış Tokio Yay Olimpiya Oyunlarına lisenziya veriləcək turnirlərə hazırlıq xarakteri daşıyır.