Yanvarın 16-dan bəri silahlı qruplaşmaların hücumu nəticəsində 50-yə yaxın Suriya hərbçisi və 50-dən çox mülki şəxs həyatını itirib.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Suriyada müharibə edən tərəflər arasında sülhə dair Rusiya mərkəzinin rəhbəri, general-mayor Yuri Borenkov açıqlayıb.
“Bu ilin 16 yanvarından bəri silahlıların hücumu və atəşə tutması nəticəsində 47 nəfər öldürülüb, Suriya Ərəb Ordusunun 77 əsgəri yaralanıb, həmçinin 51 mülki şəxs öldürülüb və 116 nəfəri isə yaralanıb”, - deyə Borenkov bildirib.
Y.Borenkov, həmçinin bildirib ki, yanvarın 16-dan bəri İdlib dislokasiya zonasında hökumət qoşunları 16 dəfə hücuma məruz qalıb.