"Yuventus" "Parma"ya Ronaldonun dublu sayəsində qalib gəlib

20 Yanvar 2020 03:11 (UTC+04:00)

"Yuventus" İtaliya A seriyasında növbəti oyuna çıxıb.

SİA xəbər verir ki, Turin klubu 20-ci turda "Parma"nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

"Yuventus" - "Parma" - 2:1
Qollar: Ronaldo, 43 (1:0), Kornelius, 55 (1:1), Ronaldo, 58 (2:1)

Bu qələbə ilə xalını 51-ə yüksəldən Maurisio Sarrinin komandası turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "İnter" 47 xalla 2-ci, "Latsio" 45 xalla 3-cüdür.