ABŞ-ın Oahu (Havay) adasında naməlum şəxs Honolulu şəhərinin Vaykiki bölgəsində odlu silahdan atəş açıb.
SİA xəbər verir ki, bu barədə “CNN” Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Derek Heysə istinadən xəbər verib.
“Vaykikidə bir silahlının atəş açmasına görə cəlb olunmuşuq. Vəziyyət araşdırılır”, - FTB nümayəndəsi belə deyib.
Atışmadan sonra silahlı şəxs evi yandırıb, alov qonşu evlərə də yayılıb, bir neçə maşın da yanıb. Hadisə yerində hazırda yanğınsöndürənlər işləyir.
Rəsmilər şübhəli şəxsin tutulması və ya zərərsizləşdirilməsi barədə məlumat verməyib. Eyni zamanda “CNN” telekanalı Honoluludakı FTB nümayəndəsinə istinadən atıcının hələ də zərərsizləşdirilmədiyini bildirib.
Honolulu polisi öz “Twitter” səhifəsində bildirib ki, bir neçə küçə bağlanıb.