Deputatlığa namizəd Əsmər Əliyeva şəhid ailələri ilə görüşdü -VİDEO- FOTOLAR

19 Yanvar 2020 17:48 (UTC+04:00)

9 fevral 2020-ci il tarixdə ölkəmizdə keçiriləcək növbəti parlament seçkilərində 46 saylı Şirvan şəhər dairə seçki komissiyası tərəfindən deputatlığa namizədliyi qeydə alınmış Əsmər Əlimusa qızı Əliyeva şəhid ailələri ilə bu gün görüşü olub. SİA-nın verdiyi məlumata görə, Əsmər Əliyevanın qərargahında baş tutan görüşdə Qarabağ döyüşlərində canını fəda edən şəhidlərimizin valideyinləri, ailələri, bacı və qardaşları, övladları iştirak ediblər.

Deputatlığa namizəd Əsmər Əliyeva görüşdə çıxış edərək xalqımızın tarixən qəhrəmanlıq səlnaməsi yaratdığını, azadlıq, istiqlaliyyət, Vətən, dövlət uğurunda canlarından keçən qəhrəmanlarımızın qəlblərdə daim yaşadığından bildirib: "Nə xoş bizlərə ki, bu cür şanlı tariximiz var".

Sabah 30 illiyi qeyd ediləcək Qanlı 20 Yanvar faciəsinindən danışan Əsmər Əliyeva xalqımızın Sovet İmperiyasının ordusunun qarşısına əliyalın çıxmasını və istiqlaliyyətini qanı bahasını əldə etməsindən danışıb: "O dövürdə Maskvada yaşayan Ulu Öndərimiz Heydər Əliyev xalqının başına gətirilən qanlı faciyəyə biganə qalmayaraq haqq səsini ucaltdı. Ulu Öndərimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə hüquqi qiymət verildi. Bu gün müstəqil dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəaliyyət göstərirlər. Şəhid ailələri dövlətin qayğıları ilə əhatə olunublar. Biz gənclər İlham Əliyevin siyasi kursuna sadiq olub öz töhfəmizi verməliyik. Mən deputatlığa namizəd olaraq sizləri əmin edirəm ki, 9 fevral 2020-ci il tarixdə millət vəkili seçilərəmsə ali qanunverci hakimiyyətdə, parlamentdə sizləri layiqincə təmsil edəcəyəm. Mən sizləri seçki günü aktiv olmağa, seçki məntəqələrinə gələrək özünüzə layiq bildiyiniz namizədə səs verməyə çağırıram. Bir daha sizlərə, eləcə də bütün şəhid analarına, atalarına, bacı və qardaşlarına başsağlığı verib hər birinizin əlindən öpürəm. Sizlər bizim qürur mənbəyimizsiniz".

Şəhid Əliyev Tofiqin atası Tərlan Əliyev, şəhid Faiq Cavadovun anası Cavadova Xuraman Məhərrəm qızı, şəhid İsrayılov Mübariz Baba oğlunun bacısı Amaliya İsrayılova, şəhid Tağıyev Malik Saday oğlunun həyat yoldaşı İradə Atayeva, şəhid Səttarov Azadın anası Səttarova Rəhimə Xankişi qızı çıxış edərək Əsmər Əliyevaya uğurlar arzulayıblar və onunla görüşüb həmsöhbət olmalarından məmnun olduqlarını bildiriblər.

Əsmər Əliyeva Şirvan şəhərinin mərkəzindən kənarda yerləşən Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Aprel döyüşlərində şəhid olmuş Ərəbli Rahil Rafiq oğlunun yaşadığı əraziyə gedib valideyinlərini ziyarət edib. "Bizim borcumuz sizləri ziyarət edib qayğılarınızla maraqlanmaqdır", deyən Əsmər Əliyeva şəhid Atası Ərəbov Rafiq və anası Ərəbova Narıngül xanımla səmimi söhbət edib.

Şəhid valideyinləri bildiriblər ki, oğlumuz şəhid olandan 4 ildə ilk dəfədir ki, deputatlığa namizəd qapımızı açır, bizimlə maraqlanır, bizi yad edir: "Biz sizə şəhid valideyini olaraq təşəkkür edirik və şəhərimizin əhalisinə, əsasən də gənclərə səslənərək sizə - Əsmər Əliyevaya səs verməyə çağırırıq. Biz şad olarıq ki, Milli Məclisdə şirvanlıları sizin kimi gənc, savadlı, alicənab, qayğıkeş xanım təmsil eləsin".

Şəhid valideyinləri ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

İqbal Mikayılov