Qəzaya uğrayan təyyarənin qara qutusu Kiyevə göndərildi

19 Yanvar 2020 15:20 (UTC+04:00)

Tehran yaxınlığında yanlışlıqla vurulan Ukraynaya məxsus təyyarənin qara qutusu Kiyevə göndərilib. SİA-nın verdiyi xəbərə görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatının Təhqiqatlar şöbəsinin rəisi Həsən Rezayifər bildirib. O deyib ki, Ukraynanın xahişinə əsasən qara qutu Kiyevə göndərilib. Fransa, Kanada və ABŞ-dan olan mütəxəssislər qutunu tədqiq edərək qəzadan əvvəl nələrin baş verdiyini öyrənəcəklər.

Qeyd edək ki, Ukraynanın Baş Prokurorluğu təyyarənin qara qutusunun təhvil verilməsi haqqında İrana sorğu göndərmişdi. İran sorğuya müsbət cavab verərək qutunu Ukraynaya göndərib.