Güclü qar aeroportun işini iflic etdi

19 Yanvar 2020 13:46 (UTC+04:00)

İranın Tehran şəhərində yerləşən "Mehrabad" aeroportundan həyata keçirilən bütün aviareyslər təxirə salınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb şəhərdə hökm sürən qarlı hava şəraiti olub. Bundan əlavə, hava şəraiti avtomobil yollarında da situasiyanın pisləşməsinə gətirib çıxarıb. Paytaxt rəhbərliyi məktəblərdə dərsləri dayandırıb.