XİN başçısı dəyişdi

19 Yanvar 2020 13:17 (UTC+04:00)

Koreya Xalq Demokratik Respublikasının yeni Xarici İşlər Naziri Li Son Qvon olub. SİA-nın verdiyi məlumata görə, bu barədə "TASS" diplomatik mənbələrinə istinadən xəbər verib. O, bu postda Li En Xo əvəzləyib.

KXDR höküməti təyinatla bağlı rəsmi məlumat yaymayıb. Gözləntilərə görə, yeni XİN başçısı ictimaiyyətə diplomatların ənənəvi tədbirində təqdim olunacaq. Tədbir yanvarın 23-də Pxenyanda keçiriləcək.