Yəməndə ölənlərin sayı artmaqda davam edir

19 Yanvar 2020 12:28 (UTC+04:00)

Yəmən ordusunun Mareb əyalətində yerləşən düşərgəsinin raket atəşinə tutulması nəticəsində ölən və yaralıların sayı artıb. SİA xəbər verir ki, son məlumata görə, raket atəşi nəticəsində 70 hərbçi həlak olub, 150-i isə yaralanıb. Yəmən prezidenti Abdurrabu Mənsur əl-Hadi husilər tərəfindən həyata keçirilən hücümu qınadığını bəyan edib. Bildirib ki, balistik raketlərlə reallaşdırılan hücum qorxaqlıq və terrorçuluqdur.