Gürcüstan dəmir yolları ilə sərnişin daşınmasında rekord göstərici əldə olunub

19 Yanvar 2020 04:28 (UTC+04:00)

2019-cu ildə Gürcüstan dəmir yolları ilə sərnişin daşınmasında rekord göstərici əldə olunub.

SİA xəbər verir ki, bu barədə Gürcüstan Dəmir Yolları idarəsi məlumat yayıb. Məlumatda deyilir ki, 2019-cu ildə dəmir yolu vasitəsilə 3 milyondan çox sərnişin daşınıb, 31 milyon laridən çox gəlir əldə edilib.

Gürcüstan dəmir yollarının ümumi uzunluğu 1700 kilometrə yaxındır. Ölkə ərazisində ümumilikdə 25 sərnişin vağzalı, 115 yük terminalı fəaliyyət göstərir. Gürcüstan dəmir yolunun Azərbaycan, Türkiyə və Cənubi Qafqaz dəmir yollarına çıxışı var.