Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya Kansleri Angela Merkel arasında telefon danışığı olub.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, iki lider arasında Liviyadakı son vəziyyət müzakirə edilib.
Qeyd edək ki, yanvarın 19-da Berlində Liviyadakı son vəziyyəti tənzimləməklə bağlı konfrans keçiriləcək. Rusiya, ABŞ, Türkiyə, Misir, Avropa Birliyi, BMT və digər ölkələrin nümayəndələri tədbirə dəvət olunub.
Milli Barışıq Hökumətinin Baş naziri Faiz Sarraj və Liviya Milli Ordusunun rəhbəri marşal Xəlifə Haftar Berlin konfransında iştirak edəcəklərini açıqlayıblar.