İndoneziyada 6 bal gücündə zəlzələ qeydə alınıb

19 Yanvar 2020 08:00 (UTC+04:00)

Yanvarın 19-da İndoneziyanın şərqində yerləşən Papua əyalətində 6 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin Abepura yaşayış məntəqəsindən 157 kilometr qərbdə, ocağının 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər haqqında hələlik məlumat verilmir.