Qaradağ rayonundakı yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb

19 Yanvar 2020 02:36 (UTC+04:00)

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Binə ticarət mərkəzinin qarşısında baş verib.

1958-ci il təvəllüdlü Mahmudov Elbəy Səfər oğlu ticarət mərkəzindən çıxıb əks istiqamətə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.