"Neftçi" Roberto Bordinin istefası ilə bağlı rəsmi açıqlama yayıb

19 Yanvar 2020 00:39 (UTC+04:00)

"Neftçi" Roberto Bordinin istefası ilə bağlı rəsmi açıqlama yayıb.

SİA xəbər verir ki, açıqlamada deyilir:

“Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar verilib. Bu qərara əsasən, bu gün baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.

“Neftçi” PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır".