Sabunçu rayonunda yerləşən istirahət mərkəzinin ərazisində yanğın olub

19 Yanvar 2020 00:17 (UTC+04:00)

Bakının Sabunçu rayonunda yerləşən istirahət mərkəzinin ərazisində ümumi sahəsi 25 m² olan taxta konstruksiyalardan ibarət kotec və bitişik 25 m² olan digər kotecin ondulindən ibarət dam örtüyü 20 m² sahədə yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, kotecin qalan hissəsi və bitişik koteclər yanğından mühafizə olunub.

Yanğın nazirlyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.