Gəncə şəhərində 65 yaşlı piyadanı maşın vurub

18 Yanvar 2020 22:09 (UTC+04:00)

Gəncə şəhərində piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın Gəncə müxbiri xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb.

1954-cü il təvəllüdlü Qarayeva Qəndab Əli qızı yolu keçmək istəyərkən maşın onu vurub. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov