NATO-nun yeni "Hava-yer" müşahidə dronlarından ikisi artıq hazırdır

18 Yanvar 2020 18:55 (UTC+04:00)

NATO-nun İtaliya şirkətinə sifariş etdiyi 5 "Hava-yer" müşahidə dronunun ikisi artıq hazırdır.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, pilotsuz uçan aparatların təqdimat mərasimində NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.

Mərasimdə çıxış edən baş katib bildirib ki, "RQ-4 Global Hawk" dronlarının bir variantı olan bu pilotsuz uçan aparatlar Afrikanın Sahel bölgəsində və Yaxın Şərqdə əməliyyatlara cəlb olunmaqla bərabər, həm də Avropa üçün nəzərdə tutulub.