Yanan təyarədən sərnişinlər təxliyə edilib

18 Yanvar 2020 12:18 (UTC+04:00)

Sərnişinlər mühərriki yanan təyyarədən düşmək məcburiyyətində qaldılar. SİA xəbər verir ki, internetdə mühərriki yanan təyyarənin göyərtəsində qeydə alınan video yayılıb və bu bir sərnişinin İnstaqram səhifəsində öz əksini tapıb.

Video kadrlardan sərnişinlərin təyyarənin çıxışına göndərildiyi aydın görünür.

Xatırladaq ki, Novosibirsk-Kamran təyyarəsinin mühərriki uçuşdan əvvəl yanıb. Laynerin sərnişinləri təxliyə edilib.