“İkinci Cahan” adlı instalyasiyası sərgilənir FOTOLAR

18 Yanvar 2020 10:55 (UTC+04:00)

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdindəki “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda rəssam Sayalı Məmmədovanın “İkinci Cahan” adlı instalyasiyası sərgilənir. İdarədən SİA-ya bildirilib ki, instalyasiya dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub və Beynəlxalq “Tullantıdan sənətə” sərgisi çərçivəsində nümayiş olunur.