Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonunda 5,4 bal gücündə zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Çin Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Qaşğar prefekturasında yerli vaxtla saat 00:02-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib. Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.
Qeyd edək ki, yanvarın 16-da muxtar rayonun Ağsu prefekturasında 5,6 bal gücündə zəlzələ olmuşdu.