Türkiyənin Fransaya səfir təyin edəcəyi şəxs erməni əsilli türk alimi, dünyanın məşhur iqtisadçılarından Daron Əcəmoğludur. SİA-nın xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, yeni səfirin namizədliyi baş nazir R.T.Ərdoğan və prezident Abdullah Güllə razılaşdırılıb.
Qeyd edək ki, erməni əsilli Daron Əcəmoğlu 1967-ci ildə İstanbulda müəllim ailəsində anadan olub. İngiltərənin York Universitetində və London İqtisadiyyat Məktəbində təhsil alıb. Massaçusets Texnologiya İnstitutunda iqtisadiyyat kafedrasının müdiridir. Daron Əcəmoğlu iqtisadiyyat sahəsində iki dəfə Nobel mükafatına namizəd olsa da, bu mükafatı qazana bilməyib.