Goranboyda yol-nəqliyyat hadisəsi baş verib, minik maşını ilə yük maşını toqquşub.
SİA xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” markalı minik maşınının “KamAZ” markalı yük maşınına arxadan çırpılması nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.