Zaqatalada ağır yanıq xəsarətləri alan 92 yaşlı qadın dünyasını dəyişib

17 Yanvar 2020 23:24 (UTC+04:00)

Zaqatalada üç gün əvvəl ağır yanıq xəsarətləri alan 92 yaşlı qadın dünyasını dəyişib.

SİA xəbər verir ki, ağır yanıq xəsarətləri ilə Bakı şəhərindəki xəstəxanalardan birində müalicə alan 92 yaşlı Asiyat Məmmədova bu gün axşam saatlarında keçinib.

O, yanvarın 15-də səhər saatlarında Zaqatala şəhəri, İmam Şamil küçəsində yaşadığı fərdi evdə qaz sobasını yandırmaq istəyən zaman qəfildən baş vermiş partlayış nəticəsində ağır yanıq xəsarətləri almışdı. A.Məmmədovaya Zaqatala RMX-də ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərinə göndərilmişdi.