Hakimin maşınına bomba qoyuldu - Kipr çempionatı təxirə salındı

18 Yanvar 2020 00:08 (UTC+04:00)

Kipr Futbol Federasiyası ölkə çempionatının oyunlarını qeyri-müəyyən tarixə kimi təxirə salıb.

SİA "sports.ru" saytına istinadən xəbər verir ki, buna Kipr çempionatının hakimlərindən olan Konstantino üçün sui-qəsd hazırlanması səbəb olub. Belə ki, naməlum şəxslər 33 yaşlı hakimin evinin qarajındakı avtomobilinə bomba qoyaraq hadisə yerindən uzaqlaşıblar. Partlayış zamanı hakim avtomobildə olmayıb. Ancaq avtomobilə ciddi zərər dəyib.

Baş verənlərdən sonra Kipr Futbol Federasiyası çempionatın dayandırıldığını elan edib.