Zelenski Baş Nazirin istefasını qəbul etmədi

17 Yanvar 2020 22:39 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski Baş Nazir Aleksey Qonçarukun istefasını qəbul etməyib. TASS agentliyinin məlumatında deyilir ki, Baş Nazirlə görüşən Prezident Zelenski onun rəhbərlik etdiyi hökumətə daha bir şans vermək qərarına gəldiyini deyib.