YAP-ın namizədi Aqil Məmmədov təbliğat kampaniyasına start verib

17 Yanvar 2020 17:56 (UTC+04:00)

YAP Kəlbəcər rayon təşkilatı 9 fevral tarixində keçiriləcək parlament seçkiləri ilə bağlı partiya tərəfindən namizədliyi irəli sürülmüş Aqil Sadıq oğlu Məmmədovun təbliğat kampaniyasına start verib. SİA-nın verdiyi məlumata görə, ilk görüş bu gün Gəncə şəhəri ADAU 6 ətrafında məskunlaşmış seçicilərlə keçirilib.

Görüşü namizədin səlahiyyətli nümayəndəsi, rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov, seçicilərdən Zahid Muxtarov, Mirzəli Məmmədov, Akif Bayramov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.

RƏFİQƏ HÜSEYNOVA