Bakının “Keşlə” futbol klubu anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümün sonunadək müqavilə bağlayıb. SİA-nın məlumatına görə, 26 yaşlı futbolçu karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb.
Qeyd edək ki, Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanın “Al-Mojzel” komandası olub.