Region Liqasının iştirakçıları ilə görüş keçirilib AFFA

17 Yanvar 2020 17:07 (UTC+04:00)

AFFA-nın inzibati binasında Region Liqasında mübarizə aparan komandaların nümayəndələri ilə ilk dövrənin yekunlarına həsr olunmuş görüş keçirilib. SİA-nın məlumatına görə, Məşqçilər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüşdə komandaların problemləri dinlənilib, ikinci dövrənin hazırlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Komandaların təkliflərinin müzakirə olunduğu tədbirdə Region Liqasının daha da inkişafı üçün görüləcək işlər barədə fikirlər səsləndirilib.